Bank Of Baku

Rusiyada «Palmalı» şirkəti üçün yeni tanker tikilib

Rusiyada «Palmalı» şirkəti üçün yeni tanker tikilib
# 15 oktyabr 2008 14:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Rusiyanın Nijeqorod vilayətindəki «Kransnoye Sormovo» gəmiqayırma zavodunda Türkiyənin «Palmali» Şirkətlər Qrupunun sifarişi ilə yeni, üçüncü RST22 layihəli tankerin təhsil verilməsi üzrə akt imzalanıb. Bu barədə «APA-Economics»ə «Palmali»dən məlumat verilib.
Müqavilə ilə kimya məhsulları daşıyan 10 gəminin tikintisi nəzərdə tutulur. Zavodla ilk beş gəminin inşası üçün müqavilə 2007-ci ilin fevralında, sonrakı beş gəminin alınması üçün dekabrda müqavilə bağlanılıb.
Artıq 2008-ci ilin iyul ayında «Krasnoye Sormovo» zavodu «Kura River», avqustda isə «Nəsibə Zeynalova» tankerini tikərək Türkiyə şirkətinə göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR