Bank Of Baku

Bitki yağları ilə yüklənmiş «Azəri Qarabağ» tankeri Rostov-Nouşəhr marşrutu ilə ilk reysə çıxıb

Bitki yağları ilə yüklənmiş «Azəri Qarabağ» tankeri Rostov-Nouşəhr marşrutu ilə ilk reysə çıxıb
# 15 oktyabr 2008 16:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Türkiyənin «Palmalı» Şirkətlər Qrupuna məxsus olan «Azəri Qarabağ» tankeri bitki yağı yükü ilə Rusiyanın Rostov limanı-Don-Nouşəhr (İran) limanı marşrutu üzrə ilk reysə çıxıb. Gəminin oktyabr ayının 16-da Həştərxan limanına yan alacağı gözlənilir. Bu barədə «APA-Economics»ə «Palmalı»nin Bakı ofisindən məlumat verlib.
Reysə çıxmamışdan əvvəl gəmi neft və neft məhsulları ilə yanaşı, bitki yağlarının da daşınmasına imkan verən KM LU1 P A 1 Rusiya Dəniz Gəmiçilik Registri sinfinə aid sertifkat alıb.
Bu gəmi «Volqa-Don maks» tankerlər sinfinə aiddir. Bu tip tankerlər xam neftin, mazutun, dizel yanacağının və digər neft məhsullarının «çay-dəniz» daşınmaları, həmçinin qışda Avropa ətrafı və İrlandiya dənizi daxil olmaqla, Xəzər, Qara, Aralıq, Baltika və Şimal dənizlərinə daşımalar üçün istifadə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR