Bank Of Baku

Gələn il Azərbaycanda yeni neft-kimya kompleksinin inşasına başlanacaq

Gələn il Azərbaycanda yeni neft-kimya kompleksinin inşasına başlanacaq
# 16 oktyabr 2008 09:56 (UTC +04:00)
«Azərikimya» Dövlət Şirkətinin investisiya şöbəsinin rəisi Rza Rzayev «APA-Economics»ə açıqlamasında bildirib ki, artıq şirkət TİƏ-ni yekunlaşdırmaq üzrədir. Sənəd bu ilin dekabr ayının sonu və ya gələn ilin yanvar ayının əvvəlinədək hazır olacaq.
Yeni neft-kimya kompleksinin tikintisinə isə gələn ildən başlanacaq. Layihə çərçivəsində bir necə zavodun inşası nəzərdə tutulur. Ümumilikdə layihənin üç fazası çərçivəsində 19-22 qurğunun tikintisi nəzərdə tutulub. Şöbə rəisinin verdiyi məlumata görə, kompleks sənaye regionunda inşa ediləcək. Onun böyük hissəsinin Sumqayıtda, bir hissəsinin isə Abşeron rayonunda tikilməsi nəzərdə tutulur.
Kompleksin tikintisini 2012-ci ilin sonunda tamamlamaq planlaşdırılır. Burada polimer və aromatika məhsulları istehsal ediləcək. Kompleks istifadəyə verildikdən sonra ölkənin karbohidrogen bazasında qeyri-neft sektoru inkişaf etdiriləcək, yeni rəqabət qabiliyyətli məhsulların istehsalı artacaq. Bu məhsulların dünya bazarlarında satışı hesabına neft-kimya və kimya sənayesinin ÜDM-də xüsusi çəkisi yüksələcək, rəqabətə davamlı məhsulların ixracı artacaq. Kompleksin fəaliyyəti nəticəsində digər sənaye sahələrində də yeni iş yerləri açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR