Bank Of Baku

OPEC gələn il üçün neft tələbatı üzrə proqnozunu 2,7% azaldıb

OPEC gələn il üçün neft tələbatı üzrə proqnozunu 2,7% azaldıb
# 16 oktyabr 2008 09:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft İxracatçı Ölkələri Təşkilatı (OPEC) 2009-cu il üçün dünya neft tələbatı üzrə proqnozlarını azaldıb. «APA-Economics»in məlumatına görə, təşkilatın sentyabr hesabatın bildirilir ki, 2009-cu ildə dünyada gündəlik neft tələbatı 31,14 mln. barel təşkil edəcək, bu da 2008-ci ilin proqnozundan 870 min barel və ya 2,7% azdır.
Sentyabr ayında OPEC-in gündəlik hasilatı 32,16 mln. barel təşkil edib, bu da avqustun göstəricisindən 310 min. barel azdır. Hesabatda deyilir ki, OPEC 2009-cu ildə gündəlik hasilatı 1 mln. barel azalacaq.
Qeyd edək ki, noyabrda OPEC-in iclası keçiriləcək. İclasda dünya maliyyə böhranı və onun neft bazarına təsiri məsələləri müzakirə olunacaq. Toplantıda neft hasilatının azaldılmasına dair qərarın qəbul olunacağı gözlənilir. Hesabatda həmçinin vurğulanır ki, fond və kredit bazarlarında hökumətlərin addımları qısamüddətli perspektivdə uğurla nəticələnsə də, maliyyə böhranının real sektora mənfi təsiri daha dərin və uzunmüddətli olacaq.
Xatırladaq ki, OPEC-in üzvləri sırasına Əlcəzair, Anqola, Ekvador, İndoneziya (təşkilatı tərk etmə mərhələsindədir), İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Venesuela daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR