Bank Of Baku

Azərbaycan yaxın illərdə azot gübrələrinin istehsalına başlayacaq

Azərbaycan yaxın illərdə azot gübrələrinin istehsalına başlayacaq
# 16 oktyabr 2008 13:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanda ilk dəfə azot gübrələrinin istehsalının təşkili ilə bağlı texniki iqtisadi əsaslandırmanın (TİƏ) ilkin variantı hazırlanıb.
«Azərikimya» Dövlət Şirkəti investisiya şöbəsinin rəisi Rza Rzayevin «APA-Economics»ə verdiyi məlumata görə, Dövlət Şirkəti artıq Böyük Britaniyanın «Nextant» şirkəti tərəfindən hazırlanan TİƏ üzrə təkliflərini təqdim edib. Bu ilin oktyabr ayının sonu və ya gələn ilin əvvəlində TİƏ-nin yekun variantı hazır olacaq.
R.Rzayev bildirib ki, Azərbaycanda azot gübrələrinin istehsalı layihəsi iqtisadi səmərəlilik nəzərə alınmaqla, bir necə variantda müzakirə edilir. «Nextant» şirkəti TİƏ-ni «Azərikimya»ya təqdim etdikdən sonra artıq layihənin tam dəyəri müəyyənləşəcək.
Şöbə rəisinin sözlərinə görə, Azərbaycanda azot gübrələrinin istehsalına 2012-ci ildən sonra başlanacaq. Gələn ildən isə bu layihənin icrasına - azot gübrələrinin istehsalatı üçün kompleksin tikintisinə başlanacaq. Yeni kompleksin 2012-ci ildə hazır olacağı gözlənilir.
R.Rzayevin sözlərinə görə, «Azərikimya» gübrə istehsalını dövlət başçısının ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi göstəriş əsasında təşkil edir. «Azərikimya» rəsmisi qeyd edib ki, kənd təsərrüfatının bütün sahələrində istifadə edilən azot gübrələri məhsulların sağlam yetişməsinə səbəb olmaqla yanaşı, onların məhsuldarlığını da 15-25% artırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR