Bank Of Baku

Azərbaycan yanvar-sentyabr aylarında xam neft ixracını 7 dəfə artırıb

Azərbaycan yanvar-sentyabr aylarında xam neft ixracını 7 dəfə artırıb
# 28 oktyabr 2008 08:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 65 322 033,6 ton xam neft, 1 942 269,2 ton isə neft emalı məhsulları ixrac edilib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İxrac edilmiş xam neftin dəyəri 36 202 812,5 min ABŞ dolları, neft emalı məhsullarının dəyəri isə 1 603 312,4 min dollar olub.
İxrac edilmiş xam neftin 1 133 923,2 tonu Bakı-Novorossiysk, 83 643,9 tonu Bakı-Supsa, 24 805 848,1 tonu isə Bakı-Tiflis-Ceyhan boru kəməri, 1 900 251,4 tonu isə dəmir yolu vasitəsi ilə yola salınıb.
Qeyd edək ki, xam neftin ixracı 2007-ci ilin müvafiq dövrünə nisbətən 7,1 dəfə artıb, neft məhsullarının ixracı isə 16% azalıb.
Xam neftin 78,72%-i ABƏŞ-in, 21,28%-i isə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin payına düşüb.
İxrac olunmuş neft məhsullarının 83,85%-i ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, 5,03%-i «QKSSS» MMC, 3,78%-i «Azneftyağ» İstehsalat Birliyi, 2,63%-i isə «Caspian Petrol-1» şirkəti tərəfindən ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR