Sentyabrda Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 92%-ə çatıb
«Azərnerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayında I kateqoriyaya aid olan bir neçə istehlakçı tərəfindən ödəniş səviyyəsinin aşağı olması 100%-lik nəticənin əldə olunmasına imkan verməyib: «Cari ilin avqust ayında olduğu kimi, sentyabr ayında da 100%-lik nəticəni qoruyub saxlayan Zərdab, Tərtər və Şəmkir rayonlarının sırasına Ağsu, Füzuli, Ağcabədi, Samux, Salyan, Biləsuvar, Neftçala, Goranboy, Qazax rayonları və Mingəçevir şəhəri də qoşulub. Onlar ümumi ödənişdə (ötən ayların debitor borcları da nəzərə alınmaqla) 100%-dən yuxarı göstərici əldə edib. Ümumiyyətlə, ən yüksək göstərici Zərdab PEŞ-də (136,4%), ən aşağı isə Cəlilabad PEŞ-də (69%) qeydə alınıb».
Daimi əhali istehlakçı qrupu üzrə isə ödəniş 77%-dən artıq olub ki, bu da ötən ilin müvafiq dövründəkindən 7,5% çoxdur.
Bundan başqa, RET-lər üzrə cari ilin sentyabr ayında 360 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 mln. kVt/satt və ya 4,6% çoxdur. O cümlədən, əhali istehlakçı qrupu üzrə isə istehlak 117 mln. kVt/saatdan artıq olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 91 mln. kVt/saat olub.
Paylayıcı elektrik şəbəkələrinin yeniləşdirilməsi, onların dayanıqlığının daha da artırılması istiqamətində həyata keçirilən mühüm tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında istehlak 3%-dən artıq aşağı düşüb. Belə ki, cari ilin 9 ayı ərzində 3,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 123 mln. kVt/tsaat elektrik enerjisinə qənaət deməkdir. Ümumi ödəniş isə 72% olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur. O cümlədən, əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 193 mln. kVt/saat azalaraq 1,3 mlrd. kVt/saatdan artıq olub. Ödəniş isə 64%-ə yaxın olub. Ötən ilin müvafiq dövründə bu göstərici 50%-ə yaxın olub, artım 18%-ə yaxındır.
Qeyd edək ki, cari ilin sentyabr ayında «Azərsu» ASC və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən istehlak edilən elektrik enerjisinin haqqının tam ödənişi təmin edilsəydi, Enerji Təchizatı İdarəsi üzrə ümumi ödəniş 100% olardı.
Sənaye və energetika
Elmir Musayev: Yaşıl Enerji Dəhlizi layihəsi Mərkəzi Asiya, Azərbaycan və Avropanı birləşdirəcək
Azərbaycanla OPEC Fondu arasında gələcək inkişaf perspektivləri müzakirə olunub
Tacikistan maliyyə nazirinin müavini: “Regional enerji bağlantıları milli enerji təhlükəsizliyini gücləndirir”
Nazir müavini: Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji payını 39%-ə çatdırmağı hədəfləyir
Xəbər Lenti
Tramp: İsrail Livanda daha yumşaq davranmalıdır
Rütte NATO daxilində fikir ayrılıqlarını azaltmaq üçün ABŞ-a səfər edəcək
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir
Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər
DÇ-2026-da növbəti sensasiya: Portuqaliya Konqo DR ilə heç-heçə edib
CNN ABŞ və İran arasında əldə olunan 14 maddəlik anlaşma memorandumunun mətnini dərc edib
İran öhdəlikləri yerinə yetirdikcə ABŞ sanksiyaları mərhələli şəkildə ləğv edəcək
Vladimir Putin Kazanda Hakan Fidanı qəbul edib
Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
İsrail Qəzzada HAMAS-ın snayper bölməsinin komandirinin məhv edildiyini açıqlayıb
Tramp: İranla müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi
ABŞ Rusiya və Çini nüvə silahlarının azaldılması ilə bağlı birgə saziş bağlamağa çağırıb
ABŞ Prezidenti: Zelenski və Putin danışmalıdır, lakin bunu necə edəcəklərini bilmirlər
Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
Ağdamda sel təhlükəsi aradan qaldırılıb, 60 evin qaz təchizatı bərpa edilib - YENİLƏNİB
Tramp: ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO - YENİLƏNİB
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı məhkəmə başlayıb
Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq olub
Əmanətlərin Sığortalanması Fondunda ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verilib
Samvel Karapetyanın seçki blokundan deputatlığa namizəd tutulub
Sosial xidmətin inkişafına dair Dövlət Poqramının icrası müzakirə olunub
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
"Bloomberg": Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Xətaidə mağazadan 10 min manat oğurlanıb
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir
ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Həbsdə olan şəxsin vaxtilə gizlətdiyi silahlar tapılıb - FOTO
“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib
Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və iki körpünü vurub
Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olub
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Müdafiə naziri: Ukrayna dronları Krımı adaya çevirəcək
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib