Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ABŞ ticarət nazirinin müavini ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ABŞ ticarət nazirinin müavini ilə görüşüb
# 29 oktyabr 2008 15:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan ABŞ ticarət nazirinin müavini Con Sallivanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Ölkədə həyata keçirilən layihələrin müvəffəqiyyətlə reallaşdırılmasında ABŞ-ın dəstəyinin mühüm rol oynadığını deyən R.Abdullayev Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərləri işə düşəndən sonra ölkənin neft və qaz nəqli sahəsində heç bir probleminin qalmadığını bildirib. Bu yaxınlarda Bakı-Supsa kəmərində təmir işlərinin başa çatdırıldığını söyləyən ARDNŞ prezidenti, artıq həmin kəmərin də regiondan enerji nəqli marşrutlarının diversifikasiyasına böyük töhfə verdiyini vurğulayıb.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını qeyd edən C.Sallivan isə ABŞ-ın bu istiqamətdə həyata keçirilən layihələrə dəstək verəcəyini söyləyib.
Görüş zamanı ABŞ nümayəndə heyətinə «Şahdəniz» layihəsinin II fazasına hazırlıq işlərinin gedişi barədə məlumat verilib. Azərbaycanın Qərbə qaz nəqli üçün mövcud olan müxtəlif marşrutları və qaz kəmərləri layihələrini nəzərdən keçirdiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR