Bank Of Baku

«Commerzbank»: Dünya bazarında neftin ucuzlaşması davam edəcək

«Commerzbank»: Dünya bazarında neftin ucuzlaşması davam edəcək
# 30 oktyabr 2008 10:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya neft bazarında son zamanlar müşhidə olunan kəskin qiymət dəyişiklikləri nəticəsində bütün analitiklər qiymət proqnozlarına yenidən baxmaq məcburiyyətində qalıb. Ekspertlər qiymətlərin gələcəkdə azalacağını proqnozlaşdırırlar.
«APA-Economics»in məlumatına görə, Almaniya «Commerzbank»ının analitikləri neftin tələbatı və qiyməti ilə bağlı əvvəlki proqnozlarını azaldıblar. Belə ki, «Commerzbank»ın yeni proqnozlarına əsasən, cari ilin IV rübündə Brent markalı neftin orta qiyməti 1 barel üçün 75 dollar təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 13 dollar aşağıdır. Gələn ilin ilk rübündə neftin qiymətinin 70 dollara düşəcəyi (əvvəlki proqnoz – 83 dollar/barel) proqnozlaşdırılır, II rübdə isə neftin orta hesabla 80 dollar kimi (əvvəlki proqnoz - 92 dollar) bahalaşacağı gözlənilir.
«Commerzbank»ın son hesabatında bildirilir ki, proqnozların azaldılması dünya maliyyə bazarlarında böhranın dərinləşməsi və onun real iqtisadiyyata mənfi təsirinin güclənməsi səbəbi ilə bağlıdır. Böhranın nəticəsi olaraq likvidliyin azalması səbəbindən bazar iştirakçıları bütün qiymətli kağızlar və törəmə alətlərini satmaqda davam edirlər, çünki götürülmüş kreditlərin ödənilməsi üçün maliyyə vəsaitinə tələbat artıb.
Bununla yanaşı, böhran nəticəsində iqtisadi artım templərinin azalacağı gözlənilir ki, bu da öz növbəsində neftə olan tələbatı daha da azaldacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR