Bank Of Baku

Azərbaycan son bir ildə alkoqollu içkilərin idxalını 20% azaldıb

Azərbaycan son bir ildə alkoqollu içkilərin idxalını 20% azaldıb
# 03 noyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda alkoqollu içkilərin istehsalı və idxalı təxminən 20% azalıb. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi ərzaq məhsullarının keyfiyyəti, standartlar və lisenziya şöbəsinin müdiri Əhliman Nəsirov məlumat verib.
Ə.Nəsirovun sözlərinə görə, cari ilin ilk 9 ayında Azərbaycanda 486,3 min dekalitr araq, 57 min dekalitr konyak, 605 min dekalitr üzüm şərabı, 15,3 min dekalitr şampan şərabı, 3 166,9 min dekalitr pivə istehsal edilib. Həmçinin, hesabat dövründə ölkədə 2,081 mlrd. ədəd siqaret istehsal edilib.
Hazırda ölkə ərazisində 44 alkoqollu içki, 35 pivə və 1 tütün məmulatı istehsal edən müəssisə fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycana idxal olunan spirtli içkilərin aksiz dərəcəsi 2007-ci ilin aprelin 1-dən litr hesabı ilə pivə üzrə 0,7 dollardan 1 dollaradək artırılıb. Vermut və şərab üzrə aksizin dərəcəsi 1,5 dollardan 2,5 dollara, konyak, brendi, viski, rom, vodka, likor və digər alkoqol içkiləri üzrə 3 dollardan 6 dollaradək artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR