Bank Of Baku

Azərbaycanda neftlə çirklənmiş ərazilərin 200 hektarı artıq təmizlənib

Azərbaycanda neftlə çirklənmiş ərazilərin 200 hektarı artıq təmizlənib
# 03 noyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Abşeron yarımadasında 3 231 hektar torpaq sahəsi neftlə çirklənib. Bunun 526 hektarı və ya 16,3%-i Bibiheybət, 2 705 hektarı isə yarımadanın digər ərazilərinin payına düşür. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin rəisi Azər Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, çirklənmiş sahələrin daha dəqiq müəyyənləşdirilməsi və bu sahədə həmin ərazilərin inventarlaşdırılması, ərazilərin çirklənmə dərəcələrinə görə bölgüsünün aparılması üçün hazırda iş aparılır. Görüləcək işlər nəticəsində yekun hesabatın hazırlanması planlaşdırılır. Həmin hesabatda neftlə çirklənmiş ərazilərin dəqiq sərhədləri və çirklənmənin dərəcəsi əks olunacaq.
A.Əliyevin sözlərinə görə, hazırda Bibiheybət ərazisində işlərin böyük bir hissəsi başa çatdırılıb: «Dünya praktikasına əsasən, neftlə çirklənmiş ərazilərin hər 1 hektarının təmizlənməsi üçün 100-200 min dollar vəsaitt tələb olunur. Azərbaycanda isə yəqin ki, bu rəqəmin minimum həddi götürüləcək. Bu isə həmin sahənin çirklənmə dərəcəsindən və təsdiq olunacaq təmizləmə üsulundan asılı olacaq».
A.Əliyev həmçinin qeyd edib ki, Dünya Bankı ilə ARDNŞ arasında «Mexaniki üsulla torpaqların təmizlənməsi qurğularının alınması Layihəsi»nə dair kredit sazişi imzalanıb. Bu saziş üzrə artıq beynəlxalq tender elan olunub və həmin tender əsasında 2009-cu ilin sonunadək 7 ədəd mexaniki təmizləyici qurğunun alınaraq həmin ərazilərdə quraşdırılması nəzərdə tutulub. «Bu ilin noyabr ayının 1-i vəziyyətinə, neftlə çirklənmiş 3 231 hektardan artıq 200 hektarı təmizlənib. Həmin sahənin 10%-dən yuxarı hissəsi mexaniki, 10%-ə qədər hissəsi isə bioloji üsulla təmizlənib», - deyə idarə rəisi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR