Bank Of Baku

Azərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını «Sumoto Energy Group Ltd.» şirkəti alıb

Azərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını «Sumoto Energy Group Ltd.» şirkəti alıb
# 03 noyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair elan etdiyi marketinq sorğusuna yekun vurub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, müsabiqədə Yeni Zelandiyanın «Sumoto Energy Group Ltd.» şirkəti qalib gəlib. Şirkət bu ilin dekabr ayının 1-5-də Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracını həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR