Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə toplantıda iştirak edib

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə toplantıda iştirak edib
# 03 noyabr 2008 15:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Afinada (Yunanıstanın) keçirilən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin iclasında iştirak edib. Bu barədə «APA-Economics»ə ARDNF-dan məlumat verilib.
İclasda BMT-nin Baş Assambleyasında konsensusla qəbul edilmiş MHŞT-ni dəstəkləyən qətnamənin əhəmiyyəti qeyd edilib. Azərbaycan hökumətinə bu qətnaməni BMT Baş Assambleyasına təqdim etdiyinə görə xüsusi minnətdarlıq bildirilib. İdarə Heyətinin iclasında həmçinin Azərbaycanın qiymətləndirmə prosesinə başlamış ilk ölkə olması yüksək qiymətləndirilib və təqdir olunub.
Görüş zamanı İdarə Heyətinin gələn ilin fevral ayının 16-18-də Doha şəhərində (Qətər) keçiriləcək Beynəlxalq Konfransa hazırlıq işləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR