Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiysk limanından neftin ixracını 4,3% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiysk limanından neftin ixracını 4,3% artırıb
# 03 noyabr 2008 15:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2008-ci ilin yanvar-oktyabr ayları ərzində Rusiyanın Qara dəniz sahilində yerləşən Novorossiysk limanından 1 031,325 min ton xam neft ixrac edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 4,3% çoxdur.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, cari ilin oktyabr ayında Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 83,678 min ton xam neft ixrac edib.
Qeyd edək ki, bu ilin oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 71,87 ABŞ dollarına, Ural nefti – 70,51 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 73,14 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR