Bank Of Baku

Azərbaycanın Gürcüstandakı Kulevi Neft Terminalı bölgədə liderliyi ələ alıb

Azərbaycanın Gürcüstandakı Kulevi Neft Terminalı bölgədə liderliyi ələ alıb
# 11 noyabr 2008 11:16 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda aldığı Kulevi Neft Terminalı vasitəsilə 6 ay ərzində 1 mln. ton neft məhsulu nəql edilib. Bu isə nəzərdə tutulan illik həcmin 1/4 hissəsidir.
Terminaldan «APA-Economics»ə verilən məlumata görə, müqaviləyə əsasən, terminal vasitəsi ilə ildə 4 mln. ton neft məhsulu ixrac edilməlidir. Son iki ay ərzində isə əvvəlki aylardan fərqli olaraq nəql olunun neft məhsullarının həcmi daha 80 min ton artıb.
«Gürcüstanda son vaxtlar baş verən hadisələrə baxmayaraq, Kulevi Neft Terminalı fəaliyyətini uğurla davam etdirir. Beləki, artıq bu bölgədə fəaliyyət göstərən Azərbaycana məxsus terminal digər terminallarla rəqabət apararaq regionda liderliyi ələ alıb. Yüksək servis nümayiş etdirən Kulevi Neft Terminalı beynəlxalq şirkətlərin terminala olan marağının gündən-günə artmasına səbəb olub», - deyə terminaldan bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR