Bank Of Baku

Azərbaycan Supsa limanından «Azeri Light» markalı xam neft partiyasının satışına dair yeni tender keçirir

Azərbaycan Supsa limanından «Azeri Light» markalı xam neft partiyasının satışına dair yeni tender keçirir
# 17 noyabr 2008 07:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin dekabr ayının 13-14-də Supsa (Gürcüstan) limanından 600 min barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Noyabrın 17-də yekun vurulacaq sorğunun nəticələri növbəti gün elan olunacaq.
Qeyd edək ki, ARDNŞ-in bundan öncə dekabr ayının 6-7-də Supsadan 600 min barel miqdarında «Azeri Light» markalı xam neft partiyasının ixracına dair keçirdiyi sorğunun qalibi «Glencore Energy UK Ltd.» (Böyük Britaniya) şirkəti elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR