Bank Of Baku

Azərbaycanda özəlləşdirilmiş toxuculuq və tikiş müəssisələri üzrə monitorinq keçirilib

Azərbaycanda özəlləşdirilmiş toxuculuq və tikiş müəssisələri üzrə monitorinq keçirilib
# 17 noyabr 2008 07:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) ASPİ şirkəti tərəfindən icra edilən «Toxuculuq və tikiş sahəsində özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi Layihəsi» çərçivəsində regionlarda yerləşən 40-a yaxın müəssisənin monitorinqi keçirilib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Həmin müəssisələrdə yerli və regional bazarların tutumu, spesifikasına uyğun olaraq bu müəssisələrin gələcək inkişaf strategiyası ilə bağlı təhlil və araşdırmalar aparılıb.
Layihə çərçivəsində Gəncə və Şəki şəhərlərində bu regionlarda yerləşən toxuculuq müəssisələrinin rəhbərləri və nümayəndələri üçün treninq və seminarlar təşkil olunub. Seminarlarda iştirakçılara müəssisələrdə müasir menecmentin tətbiqi, korporativ idarəetmədə innovasiyalar, yanaşmalar mövzularında mühazirələr səslənib. Həmçinin, seminarlarda beynəlxalq mühasibat uçotunun tətbiqi, İSO 2000:9001 keyfiyyət standartının tətbiqi, biznes planların tərtibatı kimi mövzularda müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR