Bank Of Baku

Azərbaycan yaxın vaxtlarda Rusiya və Gürcüstanla 2009-cu ildə elektrik enerjisinin mübadiləsinə dair danışıqlara başlayacaq

Azərbaycan yaxın vaxtlarda Rusiya və Gürcüstanla 2009-cu ildə elektrik enerjisinin mübadiləsinə dair danışıqlara başlayacaq
# 18 noyabr 2008 08:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın vaxtlarda Azərbaycan-Rusiya və Azərbaycan-Gürcüstan arasında elektrik enerjisinin alqı-satqısı və mübadiləsinə dair müzakirələr başlayacaq. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
M.Əsgərovun sözlərinə görə, tərəflər 2009-cu ildə elektrik enerjisinin alqı-satqısı ilə bağlı məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, elektrik enerjisini əsasən su elektrik stansiyalarının hesabına ödəyən Gürcüstan qışda istehsalı aşağı düşdüyündən Azərbaycandan elektrik enerjisi alır. Yayda isə bunu elektrik enerjisi formasında geri qaytarır. Rusiya isə pik saatlarda Azərbaycandan 1 kVt/saatı 6 sentdən olmaqla elektrik enerjisi alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR