Bank Of Baku

«Bakıelektrikşəbəkə» xidmət göstərdiyi ərazidə 300 min elektron sayğac quraşdırıb

«Bakıelektrikşəbəkə» xidmət göstərdiyi ərazidə 300 min elektron sayğac quraşdırıb
# 18 noyabr 2008 09:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC tərəfindən 2006-cı ilin noyabrından bu günədək abonentlər üçün 300 min elektron sayğac quraşdırılıb. Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, köhnə mexaniki sayğaclar da İngiltərə istehsalı olan yeni sayğaclarla əvəz edilib.
«Bakıelektrikşəbəkə» ASC tərəfindən 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması üçün özünüdaşıyan izolyasiyalı naqillərdən (SİP) istifadə etməklə 769 km magistral və 838 km abonent xətləri quraşdırılıb. Bu işlər əsasən Sabunçu, Xətai, Yasamal, Qaradağ, Əzizbəyov, Binəqədi rayonlarının kənd və qəsəbələrində aparılıb.
Görülmüş işlər nəticəsində şəbəkənin gücü artıb. Belə ki, 2006-cı ilə qədər şəbəkənin gücü 2848 MVA, 2007-ci ildə 3701 MVA təşkil edib, 2008-ci ildə isə artıq 3877 MVA-ya qədər artırılıb və bu, 2006-cı illə müqayisədə 25% çoxdur.
Qeyd edək ki, paytaxtın enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 640 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR