Bank Of Baku

Azərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını Supsada İsveçrənin «Taurus Petroleum Ltd.» şirkəti alıb

Azərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını Supsada İsveçrənin «Taurus Petroleum Ltd.» şirkəti alıb
# 18 noyabr 2008 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 600 min barel «Azeri Light» markalı xam neft partiyasının Supsa limanından (Gürcüstan, Qara dəniz) ixracına dair sorğunun nəticələrini elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, qalib elan olunmuş İsveçrənin «Taurus Petroleum Ltd.» şirkəti bu ilin dekabr ayının 13-14-də Supsa limanından 600 min barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracını həyata keçirəcək.
Qeyd edək ki, Bakı-Supsa kəməri 1999-cu ildə istifadəyə verilib. Diametri 530 mm olan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km-dir ki, bunun da 443 km-i Azərbaycan ərazisinə düşür. Kəmər 1999-cu ilin aprel ayında istifadəyə verilib. İlkin mərhələdə kəmərin gündəlik buraxılış gücü 117 min barel olub. Lakin nasos stansiyalarında aparılan modernləşdirmədən sonra buraxılış gücü 145 min barelədək artırılıb ki, bu da ildə 7,5 mln. ton neft nəqlinə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR