Bank Of Baku

Azərbaycan REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir

Azərbaycan REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir
# 18 noyabr 2008 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 600 min barel həcmində REBCO (Rusiya xam neftinin ixrac qarışığı) markalı xam neft partiyasının bu ilin dekabr ayının 28-31-də Novorossiysk limanından ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.
Sorğuya noyabrın 20-də yekun vurulacaq, nəticələri isə noyabrın 21-də açıqlanacaq.
Qeyd edək ki, ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neftin ixracına 1997-ci ildə başlayıb. Bu kəmərlə ARDNŞ-in hasil etdiyi xam neft (Azeri Light) ixrac olunur. Neft bu kəmərlə nəql olunaraq Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçılarının neftinə qarışır və Novorossiysk limanından Urals (Rusiya xam neft növü) markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR