Bank Of Baku

Ukrayna Azərbaycandan ildə 5-9 mln. ton neft almaq niyyətindədir

Ukrayna Azərbaycandan ildə 5-9 mln. ton neft almaq niyyətindədir
# 18 noyabr 2008 12:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ukrayna hökuməti Avropa-Asiya neft nəqletmə dəhlizi layihəsi çərçivəsində hər il Azərbaycandan 5-9 mln. ton neftin alınmasına ümid edir. «APA-Economics»in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidentinin energetika məsələləri üzrə səlahiyyətli təmsilçisi Boqdan Sokolovski bildirib.
«Neft var, lakin vacib məsələlərdən biri müqavilələr imzalamaq və neftin nəqli üçün marşrutun seçilməsidir ki, hazırda söhbət Odessa-Brodı neft kəmərindən gedir», - deyə B.Sokolovski bildirib.
Ukrayna rəsmisi həmçinin qeyd edib ki, Odessa-Brodı neft kəmərinin hazırda revers rejimdə işləməsi Avropa-Asiya neft nəqletmə dəhlizi layihəsinin icrasına mane olur: «Odessa-Brodı neft kəmərinin fəaliyyəti mütləq avers rejiminə keçirilməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə Ukrayna hökuməti bu məsələni həll edəcək və kəmər avers rejimdə işləyəcək».
B.Sokolovskinin sözlərinə görə, Ukraynanın neftə olan illik tələbatı təxminən 5-6 mln. ton təşkil edir: «Lakin bundan başqa Qərbdə bir sıra sifarişçi var ki, onların illik tələbatı 3 mln. ton təşkil edir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR