Bank Of Baku

Azərbaycanın Ceyhan limanından ixrac etdiyi «Azeri Light» markalı növbəti xam neft partiyasını «Select Energy GmbH.» şirkəti alıb

Azərbaycanın Ceyhan limanından ixrac etdiyi «Azeri Light» markalı növbəti xam neft partiyasını «Select Energy GmbH.» şirkəti alıb
# 18 noyabr 2008 14:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Ceyhan limanından (Türkiyə, Aralıq dənizi) 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusunun nəticələrini açıqlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, Almaniyanın «Select Energy GmbH.» şirkəti bu ilin dekabr ayının 7-9-da Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracını həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR