Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Petkim» zavodunun neft-kimya məhsullarının satışı üçün Türkiyədə satış ofisləri şəbəkəsi yaradacaq

Azərbaycan Dövlət Neft Şirkəti «Petkim» zavodunun neft-kimya məhsullarının satışı üçün Türkiyədə satış ofisləri şəbəkəsi yaradacaq
# 19 noyabr 2008 12:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Petkim» zavodunda istehsal edilən neft-kimya məhsullarının satışı məqsədi ilə Türkiyənin müxtəlif ərazilərində 6-dək satış ofisi yaradacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in vitse-prezidenti Davud Məmmədov Türkiyənin Əliağa Ticarət Evinin təşkilatçılığı ilə Bakıda səfərdə olan iş adamları ilə görüşündə bildirib.
D.Məmmədov həmçinin, 2012-ci ilə qədər «Petkim»in yerləşdiyi Əliağa bələdiyyəsində gündəlik gücü 200 min barel təşkil edən neftayırma zavodunun inşa olunacağını da qeyd edib. ARDNŞ rəsmisi zavodun mütəxəssislərə tələbatını həll etmək üçün Əliağa bələdiyyəsində texniki peşə təhsili mərkəzinin yaradılacağını vurğulayıb.
Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək «SOCAR-Turcas-İnjaz» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR