Bank Of Baku

Türkiyədəki «Petkim» neft-kimya kompleksinin inkişafına 10 mlrd. dollar sərmayə yatırılacaq

Türkiyədəki «Petkim» neft-kimya kompleksinin inkişafına 10 mlrd. dollar sərmayə yatırılacaq
# 19 noyabr 2008 15:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyədəki «Petkim» neft-kimya kompleksinin inkişafı üçün yaxın 7 il ərzində 10 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırılacaq. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu «Petkim»in payçılarından olan «Turcas» Şirkəti İdarə Heyətinin sədri Ərdal Aksoy bildirib.
Ə.Aksoy hazırda investisiya proqramının hazırlandığını, ilk mərhələdə xammalın alınması məqsədi ilə «Petkim»ə 2 mlrd. dollar sərmayənin yatırılmasının planlaşdırıldığını qeyd edib. Şirkət rəsmisi bildirib ki, 2014-cü ilə qədər zavodun yaxınlığında ayrıca neftayırma müəssisəsinin tikintisi nəzərdə tutulur. İlkin hesablamalara görə, bu müəssisəyə 5 mlrd. dollara yaxın investisiya yatırılmalıdır. Həmçinin «Petkim»in elektrik enerjisi ilə bağlı problemlərinin həlli üçün ərazidə elektrik stansiyası inşa olunacaq.
Şirkət rəhbəri tender proseduralarına uyğun olaraq, alqı-satqıda nəzərdə tutulan 2,05 mlrd. dollar vəsaitin 2009-cu il fevralın 22-dək ödəniləcəyini də vurğulayıb: «Bu vəsaitin 40%-ni öz vəsaitimiz, 60%-ni isə banklardan cəlb edilmiş kreditlər hesabına ödəmək niyyətindəyik. Hazırda bu məsələ müzakirə olunur».
Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək «SOCAR-Turcas-İnjaz» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR