Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında yüksək debitli quyu istismara verib

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında yüksək debitli quyu istismara verib
# 20 noyabr 2008 06:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Günəşli» yatağındakı 15 saylı platformada 431 nömrəli quyusu yüksək debitlə istismara verilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Quyu 4150 metr dərinlikdən – Qirməkialtı lay dəstəsindən fontan üsulu ilə sutkada 150 ton neft və 40 min kubmetr səmt qazı verir. Quyu «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən qazılıb.
«Günəşli» yatağındakı 15 saylı dəniz stasionar platforması 1991-ci ildə istismara verilib. Layihə üzrə platforma 24 quyunun qazılması üçün nəzərdə tutulub. Son illərdə «Neftqazlayihə» institutunda hazırlanmış sənədlərə əsasən, qazılacaq quyuların sayı 26-ya çatdırılıb və 431 nömrəli quyu sonuncudur.
Qeyd edək ki, hazırda 15 saylı platformadan sutkada 1 650 ton neft və 1 mln. kubmetrdən artıq qaz hasil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR