Bank Of Baku

Azərbaycan və Türkiyə birgə hərbi sərgilər keçirəcək

Azərbaycan və Türkiyə birgə hərbi sərgilər keçirəcək
# 20 noyabr 2008 06:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan və Türkiyə yaxın illərdə birgə hərbi sərgilər təşkil edəcək. Bu barədə «APA-Economics»ə Türkiyənin Müdafiə Sənayesi Müştəşarlığından (MSM) məlumat verilib.
MSM-dən bildirilib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə artıq birgə sərgilərin təşkili, Türkiyədə keçiriləcək hərbi-texnoloji sərgilərdə Azərbaycanın müvafiq qurumlarının və müəssisələrinin iştirakı barədə razılıq əldə olunub. Bu məsələlər tərəflər arasında imzalanmış protokolda da əksini tapıb.
Qeyd edək ki, Azərbaycanın hərbi müəssisələrinin məhsullarının gələn ilin aprel ayında İstanbulda keçiriləcək İDEF-2008 beynəlxalq hərbi sərgisində nümayişi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR