Bank Of Baku

Azərbaycanın magistral kəmərləri ilə yanvar-oktyabr aylarında neftin nəqli 16%, qazın nəqli 58% artıb

Azərbaycanın magistral kəmərləri ilə yanvar-oktyabr aylarında neftin nəqli 16%, qazın nəqli 58% artıb
# 20 noyabr 2008 07:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 37,7 mln. ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə həyata keçirilib və ötən dövr ərzində bu kəmər vasitəsilə Bakıdan 28 mln. ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 22% çox neft ötürülüb.
Bununla yanaşı, ilk dəfə olaraq Qazaxıstan neftinin BTC kəməri ilə nəqlinə başlanılıb ki, oktyabrda bu kəmərlə 17,4 min ton neft ötürülüb. Ümumilikdə, ölkənin magistral neft kəmərləri şəbəkəsi ilə nəql edilən neftin həcmi əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 15,6% artıb.
Hesabat dövründə magistral qaz kəmərləri ilə 9,1 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 58,3% çox qaz nəql edilib. Nəql edilən qazın 29,4%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib, bu kəmərdən istifadə etməklə 3,9 mlrd. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR