Bank Of Baku

Azərbaycanın daha iki rayonuna qaz xətti çəkilir

Azərbaycanın daha iki rayonuna qaz xətti çəkilir
# 20 noyabr 2008 08:45 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov - APA. Azərbaycanın Salyan və Neftçala rayonlarına yeni qaz boru kəməri çəkilir. Bu barədə APA-nın Mil-Muğan bürosuna tikinti işlərini aparan «Kainat» şirkətinin iş icraçısı İntiqam Əliyev məlumat verib.
İ.Əliyevin sözlərinə görə, 280 mm-lik Qazməmməd-Astara qaz magistralı xəttindən Salyan və Neftçala rayonları istiqamətində 200 mm-lik borularla yeni qaz kəmərləri çəkilir. Artıq magistral xətdən çəkilmiş 280 mm diametrində 14 km-lik boru xəttinə əlavə olaraq Salyan istiqamətində 200 mm-lik 9 km boru , Neftçala istiqamətində isə 200 mm-lik 6 km boru xətti uzadılıb. Ümumilikdə isə tikiləcək qaz xəttinin uzunluğu 56 km olacaq. Yeni qaz xəttinin salınması hər iki rayonun ərazisində qazla təminatı yaxşılaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR