Bank Of Baku

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqini «Coffey Int. Dev. Ltd.» şirkəti qiymətləndirəcək

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqini «Coffey Int. Dev. Ltd.» şirkəti qiymətləndirəcək
# 20 noyabr 2008 09:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət, şirkətlər və QHT-lərdən ibarət İşçi Qrupunun iclası keçirilib. Bu barədə «APA-Economics»ə Dövlət Neft Fondundan məlumat verilib.
İşçi Qrupu MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən təyin edilmiş MHŞT-yə qoşulmuş ölkələrdə bu prosesin tətbiqini qiymətləndirmək üçün 7 beynəlxalq şirkət arasında keçirilən müsabiqənin qalibini elan edib.
Qeyd edək ki, müsabiqədə iştirakla bağlı «Coffey Int. Dev. Ltd.», ECON, «The IDL Group», «Goldwyn Int Strategies», «Hart Nurse Ltd.», «Oxford Policy Management», «PricewaterhouseCoopers and Accountability» şirkətlərinə dəvət göndərilib. Onlardan «Coffey Int. Dev. Ltd», «Goldwyn International», «Hart Group» və ECON qiymətləndirmə prosesinə dair təkliflərini təqdim edib.
İşçi Qrupunun iclasında təkliflər öyrəniləndən sonra qiymətləndirmə prosesinin «Coffey Int. Dev. Ltd» şirkəti tərəfindən keçirilməsinə razılıq verilib. Müsabiqədə ikinci və üçüncü yerləri müvafiq olaraq «Goldwyn Inernational» və «Hart Group» şirkətləri tutub.
Qeyd edək ki, 2007-ci il sentyabrın 27-də Osloda (Norveç) MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin III iclasında 15 ölkəyə, o cümlədən Azərbaycana namizəd statusu verilib. İdarə Heyətinin qərarına əsasən, MHŞT-nin tam üzvü olmaq üçün ölkələrdə xüsusi qiymətləndirmə prosesi keçirilməlidir. Bu ildən etibarən ilk olaraq Azərbaycanın qiymətləndirilməsi prosesinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR