Bank Of Baku

Azərbaycan beynəlxalq hərbi sənaye sərgisində iştirak edəcək

Azərbaycan beynəlxalq hərbi sənaye sərgisində iştirak edəcək
# 20 noyabr 2008 15:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Noyabrın 24-dən 28-dək Karaçidə (Pakistan) keçiriləcək İDEAS-2008 Beynəlxalq Hərbi Sənaye Sərgisində Azərbaycan istehsalı olan bir sıra məhsullar da nümayiş olunacaq. Bu barədə «APA-Economics» Türkiyə mətbuatına istinadən məlumat verib.
Sərgidə ayrı stendi olmadığından, Azərbaycanın məhsulları Türkiyənin stendində yerləşdiriləcək.
Sərgidə MDB ölkələrindən Azərbaycanla yanaşı Rusiya və Ukraynada iştirak edəcək.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən isə hələlik sərgidə iştirakla bağlı işlər aparıldığından hər hansı bir məlumat verilməyib. Nazirlikdən bildirilib ki, sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR