Bank Of Baku

Azərbaycanda elektrik enerjisinin gündəlik sərfi 50% artıb

Azərbaycanda elektrik enerjisinin gündəlik sərfi 50% artıb
# 21 noyabr 2008 08:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Son iki ay ərzində Azərbaycanda sutkalıq elektrik enerjisi sərfi 50% artaraq 60 mln. kVt/saata çatıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
M.Əsgərovun sözlərinə görə, enerji sərfinin artması ölkə ərazisində havaların soyuması ilə əlaqədardır: «Bir sıra ərazilərdə elektrik enerjisindən mənzillərin qızdırılmasında istifadə olunması da burada öz təsirini göstərir».
«Azərenerji» rəsmisi abunəçilərin sayğaclaşdırılması nəticəsində elektrik enerjisi sərfinin ötən ilin müvafiq dövrünə nisbətən 14% azaldığını da vurğulayıb.
«Sayğaclaşdırma nəticəsində enerji sərfi azalsa da, digər tərəfdən, yeni istehlakçılar hesabına müəyyən artım olur», - deyə M.Əsgərov əlavə edib.
Qeyd edək ki, cari ilin oktyabr ayında Azərbaycanın enerji sistemində 1,6 mlrd. kVt/saatdan artıq, yanvar-oktyabr ayları ərzində isə 17,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR