Bank Of Baku

Azərbaycanda sənaye istehsalı yanvar-oktyabr aylarında 8,4% artıb

Azərbaycanda sənaye istehsalı yanvar-oktyabr aylarında 8,4% artıb
# 21 noyabr 2008 10:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iqtisadiyyatında aparıcı mövqeyi olan sənayedə istehsal edilən məhsulun və göstərilən xidmətlərin həcmi 2008-ci ilin yanvar-oktyabr aylarında 8,4%, o cümlədən neft sektorunda 8,5%, qeyri-neft sektorunda isə 8,1% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə hesabat dövründə sənaye işlərinin həcmi 25,4 mlrd. manat təşkil edib. Sənayenin artımı neftin hasilatında 7,6%, qazın hasilatında 54,2%, qida məhsullarının istehsalında 0,2%, kimya sənayesində 43,8%, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında 32,2%, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalında 34,1%, maşın və avadanlıqların istehsalında 8,2% və digər sahələrdə müşahidə olunub.
İstehsalın 94,5%-i malların, 5,5%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, sənaye məhsulunun 17,8%-i dövlət müəssisələrində, 82,2%-i isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 7,5% və 8,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR