Bank Of Baku

Azərbaycan Gürcüstanda elektrik stansiyası ala bilər

Azərbaycan Gürcüstanda elektrik stansiyası ala bilər
# 21 noyabr 2008 12:30 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
«Gürcüstanda stansiya almaq üçün xeyli vəsait lazımdır. Təkliflər olacağı təqdirdə, bu məsələni hökumətdə müzakirə edərək prosesdə iştirakla bağlı qərar verəcəyik», - deyə M.Əsgərov qeyd edib.
M.Əsgərovun sözlərinə görə, bir müddət əvvəl Gürcüstan tərəfi bu ölkədə yerləşən su elektrik stansiyalarının, xüsusilə də İnquri Su Elektrik Stansiyasını özəlləşdirməyə çıxarılacağı və bu prosesdə iştirakla bağlı Azərbaycana təklif göndərib. Öz növbəsində Azərbaycan Gürcüstanda elektrik stansiyalarının özəlləşdirilməsi prosesində iştiraka razılıq verib.
Qeyd edək ki, Gürcüstan hökuməti bir neçə stansiyanı, o cümlədən İnquri SES-i özəlləşdirməyə açıq elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR