Bank Of Baku

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Rusiyandan yeni tanker alıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Rusiyandan yeni tanker alıb
# 21 noyabr 2008 13:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiyanın «Krasnoye Sormovo» gəmiqayırma zavodu (Nijni Novqorod) Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (XDG) üçün inşa etdiyi 19619 layihəli altıncı tankeri təhvil verib. «APA-Economics»in bildirdiyinə görə, bu barədə zavodun mətbuat xidməti məlumat yayıb.
«Zəngəzur» adlanan bu tanker «çay-dəniz» sinfinə məxsusdur. Uzunluğu 149,9 metr, eni 17,3 metr, bortunun hündürlüyü 10,5 metr, dedveyti 13 470 ton, sürəti saatda 10 uzldır. Tanker eyni zamanda iki növ neft məhsulunu daşımaq imkanına malikdir.
Tankerin inşasına dair XDG ilə «Krasnoye Sormovo» arasında müqavilə 2008-ci ilin yanvarında imzalanıb. Müqaviləyə əsasən, Rusiya zavodu 2009-cu ilin sonuna qədər XDG-yə 7 tanker inşa etməlidir.
Qeyd edək ki, XDG 2002-2006-cı illər ərzində «Krasnoye Sormovo»dan 19619 layihəli 5 tanker alıb.
XDG-nin nəqliyyat donanmasının tərkibinə 86 gəmi daxildir. Onlardan 41-i (o cümlədən, 1 sudaşıyan gəmi) tanker donanmasına, 35-i quru yük donanmasına, 10-u isə xidməti köməkçi gəmilərinə aiddir. Ümumi dedveyt 443 782 tondur. Donanmanın tərkibində Ro-Ro tipli, universal gəmilər, dəniz dəmiryol bərələri və «Kometa» tipli sərnişin gəmisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR