Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətdə yerli işçilərin hüquqlarının pozulduğu bildirilir

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətdə yerli işçilərin hüquqlarının pozulduğu bildirilir
# 21 noyabr 2008 13:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Caspian Shipyar Co. LTD” şirkətində çalışan Azərbaycan vətəndaşlarının vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, neft hasilatı ilə məşğul olan bu şirkətdə çalışan Azərbaycan vətəndaşlarının hüquqları pozulur. O, şirkətdə bu il yaradılan həmkarlar ittifaqının 100-ə yaxın üzvünün müxtəlif bəhanələrlə işdən çıxarıldığını söyləyib. M. Qəhrəmanlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını bu problemə ciddi yanaşmağa çağırıb. “Caspian Shipyar Co. LTD” şirkətinin Həmkarlar İttifaqının sədri Neyman Qarayev isə əcnəbi işçilərlə müqayisədə çox az məvacib aldıqlarını, bu azmış kimi, şirkətin xidmət servisinə erməni mənşəli livanlının rəhbərlik etdiyini deyib: “Şirkətin personalına xidmət göstərən qurum həm də işçilərin qida təminatı ilə məşğul olur. Bizdə olan məlumata görə, bu quruma rəhbərlik edən Albert Abela adlı şəxs ermənidir. O, Azərbaycana “AA” şirkəti adı altında gəlib. Qidalanma ilə bağlı azərbaycanlı fəhlələr dəfələrlə etiraz aksiyası keçiriblər. Burada zəhərlənmə halları da baş verib”. N. Qarayevin sözlərinə görə, şirkətin Çindən olan rəhbəri Asiya ölkələrindən gətirdiyi savadsız mühəndislərə yüksək əməkhaqqı verir: ”İşçilərlə bağlanan əmək müqaviləsi Azərbaycan qanunvericiliyinə uyğun deyil”.

Adı çəkilən şirkətdən isə bildirilib ki, mətbuat konfransında səslənən ittihamları cavablandıracaq şəxs işdə deyil və bu məsələ ilə bağlı jurnalistlərə kömək edə bilməyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR