Bank Of Baku

Azərbaycanın müdafiə sənayesi naziri Pakistanda keçirilən beynəlxalq müdafiə məhsulları sərgisində iştirak edir

Azərbaycanın müdafiə sənayesi naziri Pakistanda keçirilən beynəlxalq müdafiə məhsulları sərgisində iştirak edir
# 24 noyabr 2008 08:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Karaçidə (Pakistan) keçirilən Beynəlxalq Müdafiə Məhsulları Sərgisinə (İDEAS-2008) qatılıb. Bu barədə «APA-Economics»ə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Pakistanın Müdafiə Məhsullarının İxracı Təşkilatı tərəfindən təşkil olunmuş sərgi noyabrın 28-dək davam edəcək. Sərgidə Pakistanda istehsal olunan bütün qoşun növlərinin silah və hərbi texnikasının nümayiş ilə yanaşı dünyanın bir çox inkişaf etmiş ölkələrinin də öz hərbi məhsulları ilə təmsil olunacağı bildirilir.
Səfər çərçivəsində Y.Camalovun Pakistanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR