Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Vyanada keçirilən Beynəlxalq Qaz Forumunda iştirak edir

Azərbaycanın sənaye və energetika naziri Vyanada keçirilən Beynəlxalq Qaz Forumunda iştirak edir
# 24 noyabr 2008 12:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Vyanada (Avstriya) keçirilən Beynəlxalq Qaz Forumunda iştirak edir. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq Enerji Forumu və Beynəlxalq Qaz İttifaqının dəstəyi ilə keçirilən bu tədbirə Avstriyanın federal iqtisadi əlaqələr və əmək naziri Martin Bartenştein sədrlik edir. Foruma Niderland, Qətər, Misir, İran, Əlcəzair, Rusiya və digər ölkələrin enerji nazirləri və nümayəndə heyətləri qatılıb. Bundan başqa, Forumda «Total», «StatoilHydro», «Qazprom» və digər nüfuzlu şirkətlərin rəhbərləri də iştirak edirlər. Forum «Dünya qaz bazarı: regionlardan qloballaşmaya doğru» şüarı altında keçirilir.
Forumda enerji təhlükəsizliyi, qaz kəmərlərinin diversifikasiyası mövzusunda müzakirələr aparılacaq. N.Əliyevin forumda çıxışı və bir sıra ikitərəfli görüşləri gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR