Bank Of Baku

Yanvar-oktyabr aylarında Azərbaycandan 42,9 mlrd. dollarlıq xam neft və 1,8 mlrd. dollarlıq neft məhsulları ixrac olunub

Yanvar-oktyabr aylarında Azərbaycandan 42,9 mlrd. dollarlıq xam neft və 1,8 mlrd. dollarlıq neft məhsulları ixrac olunub
# 25 noyabr 2008 06:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə ümumi dəyəri 42 947 844,3 min ABŞ dolları olan xam neft və 1 753 447,5 min dollar dəyərində 2 179 527,7 ton neft emalı məhsulları ixrac olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Xam neftin 1 217 765,2 tonu Bakı-Novorossiysk, 83 663,8 tonu Bakı-Supsa, 26 644 558,3 tonu Bakı-Tiflis-Ceyhan boru kəməri, 1 980 560,2 tonu isə dəmir yolu vasitəsi ilə yola salınıb.
Xam neft əsasən ABƏŞ (76,72%) və ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (22,58%) tərəfindən ixrac olunub. Neft məhsullarının ixracında ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (84,32%), «QKSSS» MMC (4,48%), «Azneftyağ» İstehsalat Birliyi (3,48%) və «Caspian Petro-1» şirkəti (3,18%) iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR