Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru USAİD-in administratoru ilə görüşüb

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru USAİD-in administratoru ilə görüşüb
# 25 noyabr 2008 12:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Bakıda səfərdə olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) administratoru və ABŞ-ın xarici yardımlar üzrə direktoru Henrietta Forun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNF-dən məlumat verilib.
Ş.Mövsümov ARDNF-in fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair məsələlər, o cümlədən Azərbaycanda MHŞT-nin tətbiqi, Azərbaycan hökuməti tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilən və konsensusla qəbul olunmuş Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamə barədə məlumat verib. Fond tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin Azərbaycan və ABŞ, o cümlədən ARDNF və USAİD arasındakı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri və s. məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR