Bank Of Baku

Kulevi Qara Dəniz terminalı «Moody İnternational» şirkətindən üç keyfiyyət sertifikatı alıb

Kulevi Qara Dəniz terminalı «Moody İnternational» şirkətindən üç keyfiyyət sertifikatı alıb
# 26 noyabr 2008 06:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Gürcüstandakı Kulevi Qara Dəniz terminalı «Moody İnternational» şirkətinin İSO:9001 (keyfiyyətlə idarəetmə), İSO:14001 (ətraf mühitə təsirlə idarəetmə) və OHSAS:18001 (istehsalatda təhlükəsizliyin təmin edilməsi və sənayedə əməyin mühafizəsi) standartlarına uyğun olaraq sertifikasiyaya layiq görülüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Qeyd edək ki, «Moody İnternational Certfification» bütün dünya üzrə geniş diapazonda sənaye və xidmət sektorlarında 18 mindən çox quruma sertifikatlar təqdim edib.
ARDNŞ Kulevi terminalını 2006-cı ilin sonunda alıb. Şirkət terminala 300 mln. dollardan artıq investisiya yatırıb və terminalın rəsmi açılışı bu ilin may ayında istifadəyə verilib. Kulevi terminalının illik yük buraxma qabiliyyəti 4 mln. tondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR