Bank Of Baku

Azərbaycan neftçiləri gələn ilin əvvəlində məsləhətləşmələr üçün Liviyaya ezam olunacaq

Azərbaycan neftçiləri gələn ilin əvvəlində məsləhətləşmələr üçün Liviyaya ezam olunacaq
# 26 noyabr 2008 06:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda Azərbaycan-Liviya Hökumətlərarası Komissiyasının üzvləri ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Komissiyanın Liviya tərəfindən həmsədri, Liviya Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Ümumxalq Komitəsində Asiya və Avstraliya üzrə katib Məhəmməd Ömər əl-Bərrani ölkəsinin Azərbaycanla neft sənayesi sahəsində əməkdaşlığa maraqlı olduğunu vurğulayıb. R.Abdullayev isə Azərbaycan təcrübəsinin dənizdə neft tədqiqatlarına yenicə başlayan Liviya üçün faydalı olacağını bildirib.
Görüşdə ARDNŞ-in müxtəlif sahələr üzrə mütəxəssislərindən ibarət nümayəndə heyətinin 2009-cu ilin əvvəlində məsləhətləşmələr üçün Tripoliyə ezam olunması haqda razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR