Bank Of Baku

Azərbaycanın 600 min barel həcmində «Azeri Light» markalı növbəti xam neft partiyasını Supsadan Britaniyanın «Glencore Energy» şirkəti alıb

Azərbaycanın 600 min barel həcmində «Azeri Light» markalı növbəti xam neft partiyasını Supsadan Britaniyanın «Glencore Energy» şirkəti alıb
# 26 noyabr 2008 15:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Supsa limanından (Qara dəniz, Gürcüstan) 600 min barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusunun nəticələrini elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, qalib elan edilmiş Böyük Britaniyanın «Glencore Energy UK Ltd.» şirkəti bu ilin dekabr ayının 27-28-də göstərilən həcmdə xam neft partiyasının Supsa limanından ixracını həyata keçirəcək.
Qeyd edək ki, Bakı-Supsa kəməri 1999-cu ildə istifadəyə verilib. Diametri 530 mm olan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km-dir ki, bunun da 443 km-i Azərbaycan ərazisinə düşür. Kəmər 1999-cu ilin aprel ayında istifadəyə verilib. İlkin mərhələdə kəmərin gündəlik buraxılış gücü 117 min barel olub. Sonradan nasos stansiyalarında aparılan modernləşdirmə nəticəsində buraxılış gücü 145 min barelədək artırılıb ki, bu da ildə 7,5 mln. ton neft nəqlinə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR