Bank Of Baku

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının ixracına dair tender elan edib

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının ixracına dair tender elan edib
# 26 noyabr 2008 15:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin yanvar ayının 1-5-də Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğuya noyabrın 27-də yekun vurulacaq, nəticələr isə noyabrın 28-də açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan nefti Ceyhan limanına uzunluğu 1768 km, gündəlik ötürmə gücü 1 mln. barel təşkil edən Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri vasitəsi ilə nəql olunur. Dəyəri 4 mlrd. ABŞ dollarından artıq olan bu kəmərə ilk neft 2005-ci il mayın 25-də vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR