Bank Of Baku

Azərbaycanla Rusiya arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə uzadılıb

Azərbaycanla Rusiya arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə uzadılıb
# 27 noyabr 2008 07:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan ilə Rusiya arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilənin müddəti 2008-ci ilin dekabr ayının sonuna qədər uzadılıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Artıq cari ilin noyabr ayının sonunda başa çatan bu müqavilənin şərtlərinə heç bir dəyişiklik edilməyib. Belə ki, sənədə əsasən, Rusiya pik saatlarında Azərbaycandan 1 kVt/saatı 0,6 sent olmaqla elektrik enerjisi alır.
Rusiya nümayəndə heyətinin dekabrın sonuncu dekadasında yeni il üçün müqavilənin şərtlərini müzakirə etmək və sənədi imzalamaq üçün Azərbaycana səfəri gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR