Bank Of Baku

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi oktyabrda 81%-ə çatıb

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi oktyabrda 81%-ə çatıb
# 27 noyabr 2008 13:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin oktyabr ayında «Azərenerji» ASC üzrə istehlak edilmiş elektrik enerjisi haqlarının ümumi yığım səviyyəsi 81%-ə yaxın olub. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Sentyabr ayında olduğu kimi, oktyabrda 100%-lik nəticəni Samux, Biləsuvar, Zərdab, Salyan, Tərtər və Şəmkir rayonları qoruyub saxlayıb. Bu rayonlar ümumi ödənişdə (ötən ayların debitor borcları da nəzərə alınmaqla) 100%-dən yuxarı göstərici əldə edib. Bununla yanaşı, 5 rayonda 95%-dən yuxarı nəticə qeydə alınıb. Belə ki, Tovuz PEŞ-də 98,4%, Ağsu PEŞ-də 98,2%, Ağcabədi PEŞ-də 97,4%, Ağstafa PEŞ-də 97,2% və Qazax PEŞ-də 95,6% elektrik enerjisinin haqqının ödənişi olub. Ümumilikdə, ən yüksək göstərici Samux PEŞ-də (120,4%), ən aşağı isə Sabirabad PEŞ-də (54,1%) qeydə alınıb.
Hesabat dövründə daimi əhali istehlakçı qrupu üzrə isə ödəniş 70%-dən artıq olub ki, bu da ötən ilin müvafiq dövründən 9 faiz bəndi çoxdur.
Qeyd edək ki, cari ilin oktyabr ayında 373 mln. kVt/saat elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu isə istehlak 138 mln. kVt/saatdan artıq olub.
Paylayıcı elektrik şəbəkələrinin yeniləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,8% aşağı düşərək 4,3 mlrd. kVt/saata yaxın olub. Əhali qrupu üzrə ödəniş isə 65%-ə yaxın olub ki, bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 17 faiz bəndi çoxdur.
«Azərenerji»dən bildirilib ki, cari ilin oktyabr ayında istehlak etdikləri elektrik enerjisinin haqqını «Azərsu» ASC 22,3%, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi isə 58% səviyyəsində ödəyib. Göstərilən istehlakçılar tərəfindən tam ödəniş təmin edilsəydi, Enerji Təchizatı İdarəsi üzrə ümumi ödəniş 95%-ə yaxın olardı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR