Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ABŞ-da aldığı rəqəmsal quyu cihazını yaxın vaxtlarda istehsalatda tətbiq edəcək

Azərbaycan Dövlət Neft Şirkəti ABŞ-da aldığı rəqəmsal quyu cihazını yaxın vaxtlarda istehsalatda tətbiq edəcək
# 28 noyabr 2008 07:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Geofizika və Geologiya İdarəsinin ABŞ-ın «Tucker» şirkətindən alınmış rəqəmsal quyu cihazı yaxın vaxtlarda yoxlama quyusunda sınaqdan keçirildikdən sonra istehsalatda tətbiq olunacaq.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, yeni cihazın tətbiqi bir endirmə-qaldırma əməliyyatı ərzində tam kompleks qazma işləri zamanı əsaslı surətdə vaxt qənaətinə imkan verəcək. Geoloji-texnoloji tədqiqatlar məqsədilə alınmış yeni stansiya isə süxurların kollektorluq və petrofiziki parametrlərini (məsaməlilik, neft-qazlılıq, keçiricilik və s.) təyin etməyə imkan verir. Hazırda bu stansiya sınaqdan keçirilir və yaxın günlərdə istehsalatda tətbiq ediləcək.
Qeyd edək ki, 2006-2007-ci illərdə ARDNŞ mədən geofizikası sahəsi üçün 122 ədəd NV seriyalı rəqəmsal-modullu quyu cihazı, 5 ədəd «KamAZ» tipli qaldırıcı, 3 ədəd «Rubin» qaz karotajı bloku, 3 ədəd «Leuza-2» qazma prosesinə nəzarət-qaz karotajı stansiyası, 1 dəst RG İQMN45-100-80 hiroskopik inklinometri, 10 ədəd məlumatların ötürülməsi üçün GPRS sistemi və s. avadanlıqlar alaraq tətbiq edib. Cari ildə isə cihaz və avadanlıqlar parkı Hollandiyanın ASEP şirkətinin istehsalı olan 1 ədəd özüyeriyən, 1 ədəd stasionar (dəniz şəraitində işləmək üçün) qaldırıcı qurğu hesabına xeyli genişləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR