Bank Of Baku

Oktyabrda Azərbaycanda 400-dən artıq elektrik enerjisindən istifadə qaydalarının pozuntusu faktı aşkarlanıb

Oktyabrda Azərbaycanda 400-dən artıq elektrik enerjisindən istifadə qaydalarının pozuntusu faktı aşkarlanıb
# 28 noyabr 2008 11:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin oktyabr ayı ərzində «Azərenerji» ASC-nin regional enerji təchizatı müəssisələri tərəfindən 400-dən artıq elektrik enerjisindən istifadə qaydalarının pozuntusu halları aşkar edilərək 3,3 mln. kVt/saata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa olunub. Bu barədə «APA-Economics»ə «Azərenerji»dən məlumat verilib.
Hesabat dövründə İmişli RET-də 42, Lənkəran RET-də 55, Mingəçevir RET-də 69, Şəmkir RET-də 9, Kürdəmir RET-də 24, Gəncə RET-də 111, Şirvan RET-də 91 qayda pozuntusu aşkarlanıb.
Qeyd edək ki, qayda pozuntuları arasında əsasən sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə halları üstünlük təşkil edib. Ən çox qayda pozuntusu əhali istehlakçı qrupu üzrə aşkar olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR