Bank Of Baku

Ukrayna Rusiyaya olan qaz borcunun bir hissəsini ödəyib

Ukrayna Rusiyaya olan qaz borcunun bir hissəsini ödəyib
# 29 noyabr 2008 10:19 (UTC +04:00)
APA-nın məlumatına görə, «Naftoqaz» ötən gün «RosUkrEnergo» şirkətinin bank hesabına 100 mln. ABŞ dolları həcmində vəsait köçürüb. Ukrayna tərəfi cari ilin dekabrın 1-dək 550 mln. dolların ödəniləcəyini bildirib. Ümumilikdə isə borcun həcmi 2,4 mlrd. dollara bərabərdir.
«Naftoqaz» yaxın günlərdə sentyabrs və oktyabr ayında yaranmış borcun ödəniləcəyini vəd verib. Rusiya tərəfi isə Ukraynaya qaz ixracına dair 2009-cu il üçün müvafiq sazişin imzalanması məqsədi ilə aparılan danışıqları məhz borc ödəniləndən sonra isə bərpa edəcəyini vurğulayıb.
Qeyd edək ki, «RosUkrEnergo» şirkəti Ukrayna ərazisində vasitəçi vəzifəsini yerinə yetirir və Rusiya ilə sərhəddə «Qazprom»dan aldığı qazı «Naftoqaz»a satır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR