Bank Of Baku

Azərbaycanda su elektrik stansiyası satışa çıxarılıb

Azərbaycanda su elektrik stansiyası satışa çıxarılıb
# 01 dekabr 2008 06:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Balakən» kiçik su elektrik stansiyasının (SES) satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Yekunda müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş, elektrik enerjisinin istehsalı və satışı üzrə qabaqcıl təcrübəyə malik olan iddiaçıya üstünlük veriləcək.
Balakən rayonunun Mahamalar kəndində yerləşən bu kiçik SES 14 763 manat qiymətlə satışa çıxarılıb. Stansiya 0,83 ha sahəni əhatə edir və qeyri-maddi aktivləri yoxdur. Balakən çayından su qəbul edən kompleks təyinatlı derivasia tipli bu SES 1954-cü ildə istismara verilib. Ekoloji vəziyyəti qənaətbəxş olan stansiyanın layihə üzrə illik istehsal gücü 304 kVt təşkil edir. Müəssisənin öhdəlikləri və debitor borcları yoxdur.
İddiaçıların ərizə və təkliflərinin qəbulu bu ilin dekabr ayının 28-dək aparılacaq, Müsabiqə Komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsi prosedurası isə dekabrın 29-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR